Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun rəhbərlik etdiyi nümayəndə heyəti Almaniyaya səfər edib.
Səfər çərçivəsində Sumqayıt şəhər nümayəndələri Lüdviqshafenin meri xanım Yutta Ştaynrukla görüş keçiriblər. Görüş zamanı iki şəhər arasında mövcud əməkdaşlıq münasibətləri, ortaq layihələrin icrası və gələcək perspektivlər müzakirə olunub.
Zakir Fərəcov Sumqayıtla Lüdviqshafen arasında 1977-ci ildən əsası qoyulan dostluq və əməkdaşlıq münasibətlərinin bu gün də uğurla davam etdiyini bildirib. O, xüsusilə mədəniyyət, təhsil, ekoloji layihələr və şəhər idarəçiliyi sahələrində təcrübə mübadiləsinin hər iki tərəf üçün faydalı olduğunu qeyd edib.
Lüdviqshafendə keçirilən görüşlər zamanı nemayəndə heyəti Eberparkın 100 illik yubileyi münasibətilə təşkil olunan tədbirə qatılıb. Şəhər meri parkın tarixi əhəmiyyətindən danışıb və ekoloji baxımdan yaşıl zonaların şəhər mühitindəki rolunu vurğulayıb.
Parkın fəxri qonaq kitabına hər iki şəhərin rəhbəri ürək sözlərini yazaraq imza atıblar.
Bundan əlavə, Lüdviqshafen şəhər günləri çərçivəsində keçirilən məktəblilər arasında təşkil olunmuş idman yarışlarının mükafatlandırılma mərasimində də iştirak edən Zakir Fərəcov qalibləri təbrik edib, onlara uğurlar arzulayıb və belə tədbirlərin gənclər arasında sağlam həyat tərzinin təşviqində mühüm rol oynadığını qeyd edib.
Səfər çərçivəsində nümayəndə heyəti, həmçinin Deidesheim şəhərində də olub. Burada şəhər meri ilə keçirilən görüşdə regional əməkdaşlıq imkanları, iqtisadi və sosial inkişaf sahələrində birgə təşəbbüslər müzakirə olunub.
Müzakirə qapadılmışdır.