Sumqayıt şəhərində xüsusi ayrılmış ərazilərdə hər həftəsonu kənd təsərrüfatı məhsullarının satış-yarmarkası keçirilir.
Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov bu gün 12-ci mikrorayonda təşkil edilən satış-yarmarkasında olub. İcra başçısı burada satıcılar və alıcılar üçün yaradılmış şəraitlə, məhsulların keyfiyyəti, şəhər sakinlərinin rəy və təklifləri ilə maraqlanıb. Şəhər sakinlərini qarşıdan gələn ramazan bayramı münasibəti ilə təbrik edib.
İcra başçısı yarmarkada süni qiymət artımının qarşısının alınması və qiymətlərin tənzimlənməsi , satışa çıxarılan məhsulların satış qiymətinə gün ərzində nəzarət olunması üçün müvafiq strukturların rəhbərlərinə ciddi tapşırıq verib.
Müzakirə qapadılmışdır.