Zakir Fərəcovun rəhbərlik etdiyi nümayəndə heyəti Çində bir sıra müəssisələrdə olub
Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun rəhbərlik etdiyi nümayəndə heyəti Çin Xalq Respublikasına səfərini davam etdirir. Səfər çərçivəsində nümayəndə heyəti bir sıra sənaye, texnologiya və istehsal, eləcə də səhiyyə müəssisələrində olub, burada əməkdaşlıq imkanları barədə geniş müzakirələr aparılıb.
Zakir Fərəcov burada şəhərin innovasiya potensialı, yüksək texnologiyalar sahəsində görülən işlər və sənaye klasterlərinin fəaliyyət prinsipi barədə ətraflı məlumat verilib.
Səfər çərçivəsində qonaqlara müasir texnoloji həllər haqqında məlumat verilib.
Görüşlər zamanı tərəflər təcrübə mübadiləsinin təşkili, birgə innovasiya layihələrinin həyata keçirilməsi və startapların dəstəklənməsi istiqamətində əməkdaşlıq imkanlarını müzakirə ediblər.
Zakir Fərəcov vurğulayıb ki, Sumqayıt sənaye şəhəri kimi Azərbaycanın innovasiya və texnologiya mərkəzinə çevrilməkdədir və Çin təcrübəsi bu prosesdə mühüm əhəmiyyət kəsb edə bilər. “Sənaye və elmi-texnoloji əməkdaşlığın inkişafı hər iki tərəf üçün yeni imkanlar açacaq,” – deyə şəhər rəhbəri qeyd edib.
Səfər çərçivəsində nümayəndə heyəti həmçinin Mianyang Ənənəvi Çin Təbabəti Xəstəxanasında da olub. Nümayəndə heyətinə xəstəxananın fəaliyyəti, tətbiq olunan müalicə metodları və innovativ tədris proqramları barədə ətraflı məlumat verilib. Zakir Fərəcov ənənəvi Çin təbabətinin qədim tarixə və dərin fəlsəfi əsaslara söykəndiyini vurğulayaraq, bu sahədə beynəlxalq əməkdaşlığın vacibliyini qeyd edib.
Müzakirə qapadılmışdır.