Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun sakinlərlə növbəti səyyar görüşünü Corat qəsəbəsində keçirib. İyunun 12-də baş tutan görüşdə İcra Hakimiyyətinin məsul şəxsləri, şəhər təsərrüfatı ilə bağlı qurumların rəhbərləri, şəhid ailələri, müharibə veteranları və yerli sakinlər iştirak ediblər.
Sakinlər əsasən sosial təminat, kommunal sahədə mövcud çətinliklər, infrastrukturun yenilənməsi, işlə təminat və digər aktual məsələlərlə bağlı narahatlıqlarını dilə gətiriblər. Zakir Fərəcov vətəndaşları diqqətlə dinləyib, səsləndirilən məsələlərə yerindəcə baxılıb və dərhal müvafiq tədbirlər görülüb.
Qeyd edək ki, Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən sakinlərlə açıq və operativ dialoqun qurulması, onların qarşılaşdıqları problemlərin yerində araşdırılıb həll olunması üçün davamlı olaraq səyyar görüşlər keçirilir.
Müzakirə qapadılmışdır.