Zakir Fərəcov Corat qəsəbəsində sakinlərlə görüşüb

151

Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov Corat qəsəbəsində sakinlərlə görüşüb.

Tədbirdə şəhər İcra Hakimiyyətinin məsul əməkdaşları, müxtəlif dövlət qurumlarının, təşkilat və müəssisələrin rəhbərləri, eləcə də şəhid ailələri, qazilər və sakinlər iştirak ediblər.

Səyyar qəbul zamanı şəhər rəhbəri sakinləri fərdi qaydada qəbul edərək dinləyib. Müraciətlər əsasən sosial təminat, məişət şəraiti, mənzillə bağlı çətinliklər və məşğulluq problemləri ilə əlaqəli olub.  Qəbul zamanı bir sıra müraciətlər yerində həllini tapıb.

Araşdırılması tələb olunan müraciətlər qeydiyyata alınıb, aidiyyəti qurumların rəhbərlərinə konkret tapşırıqlar verilib.

Qeyd edək ki, Sumqayıt şəhər İcra Hakimiyyəti sakinlərlə birbaşa ünsiyyəti, onların problemlərinin yerində həllini və açıq dialoqu təmin etmək məqsədilə səyyar qəbul və görüşləri mütəmadi şəkildə həyata keçirir. Bu tədbirlər vətəndaş məmnunluğunun artırılması və xidmətlərin keyfiyyətinin yüksəldilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər