FHN-nin Sumqayıt Regional Mərkəzi müşavirə keçirib.
Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi tərəfindən Sumqayıt şəhər Tarix Muzeyində “2024-cü ildə mülki müdafiə sahəsində görülmüş işlərin yekunları və 2025-ci ildə qarşıda duran vəzifələr” mövzusunda müşavirə keçirilib.
Tədbirdə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, FHN-in Sumqayıt Regional Mərkəzinin rəisi polkovnik Vaqif Fətullayev, FHN-in yerli qurumlarının əməkdaşları, eyni zamanda yerli özünüidarəetmə orqanlarının səlahiyyətli nümayəndələri və aidiyyəti dövlət təşkilatlarının məsul şəxsləri iştirak ediblər.
Müşavirənin keçirilməsində əsas məqsəd mülki müdafiə sahəsində mövcud vəziyyətin, problemlərin və onların həlli yollarının müzakirəsi olub.
Azərbaycan Respublikasının Dövlət himni ilə başlayan tədbirdə Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edənlər keçirilən müşavirənin əhəmiyyətindən bəhs ediblər, mülki müdafiə işinin təşkili ilə bağlı birgə fəaliyyətin vacibliyini vurğulayıblar.
Müşavirədə Sumqayıt Regional Mərkəzinin əməkdaşları tərəfindən ərazidə yerləşən mülki müdafiə obyektlərində aparılmış monitorinqin nəticələri haqqında məlumat verilib. Həmçinin qeyd olunub ki, cari ilin təqviminə uyğun olaraq şəhər ərazisində yerləşən idarə və təşkilatlara mülki müdafiə üzrə metodiki yardım göstərilib.
Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov çıxış edərək Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib. Şəhər rəhbəri FHN əməkdaşlarının fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılmasında mühüm rol oynadığını vurğulayıb. Əməkdaşlara bu sahədə göstərdikləri fədakar fəaliyyətə görə təşəkkür edib. Zakir Fərəcov qeyd edib ki, bu cür peşəkarlıq və əzmkarlıq hər zaman yüksək qiymətləndirilməlidir.
Çıxışın sonunda, xidməti vəzifəsini nümunəvi şəkildə yerinə yetirdiklərinə və fövqəladə halların idarə olunmasında fərqləndiklərinə görə, bir sıra Fövqəladə Hallar Nazirliyi əməkdaşları Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının Fəxri Fərmanları ilə təltif olunublar.
Fövqəladə Hallar Nazirliyi əməkdaşlarının peşə bayramı günü və xidməti vəzifəsini yerinə yetirərkən fərqləndiyinə görə bir qrup FHN-in bir qrup əməkdaşına fəxri fərmanlar təqdim olunub.
Müzakirə qapadılmışdır.