Zakir Fərəcov Hümbət Quliyevi 70 illik yubileyi münasibətilə təbrik edib

401

Hümbət Quliyev Sumqayıt şəhər İcra Hakimiyyətinin Fəxri Fərmanı ilə təltif edilib

Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov Hümbət Quliyevi 70 illik yubileyi münasibətilə təbrik edib. Zakir Fərəcov yubilyarın uzun illər ərzində şəhərin ictimai-siyasi həyatında fəal iştirakını, yazıçı-publisist kimi gördüyü işləri və vətəndaş cəmiyyəti quruculuğuna verdiyi töhfələri yüksək qiymətləndirib və ona Sumqayıt şəhər İcra Hakimiyyətinin Fəxri Fərmanını təqdim edib.

Qeyd edək ki, Hümbət Quliyev Sumqayıt İcra Hakimiyyəti yanında fəaliyyət göstərən İctimai Şuranın sədri, Sumqayıt DOSTlar Klubunun təsisçisi və sədri, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident mükafatçısı, tanınmış yazıçı-publisistdir. Onun publisistik yazıları geniş oxucu auditoriyası tərəfindən maraqla qarşılanır.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər