Sumqayıt şəhər 6-cı mikrorayon ərazisində Yeni Azərbaycan Partiyası (YAP) Sumqayıt şəhər təşkilatına yeni inzibati bina tikilir.
Mütəmadi olaraq şəhərdə gedən tikinti işlərinə baş çəkən Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov Yeni Azərbaycan Partiyasının Sumqayıt şəhər təşkilatının tikilməkdə olan yeni inzibati binasında olub. Şəhər rəhbəri tikinti ilə bağlı tapşırıq və tövsiyələrini verib.
Ümumilikdə 3500 kvadratmetr sahəni əhatə edəcək bina 2 mərtəbədən və mansar hissədən ibarət olacaq. İnzibati binanın birinci mərtəbəsinin sahəsi 950 kvadratmetr olacaq və binanın foyesində ulu öndər Heydər Əliyevin büstü qoyulacaq. Burada ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin həyat və fəaliyyətini, həmçinin YAP-ın müxtəlif tədbirlərində iştiraklarını əks etdirən fotolardan ibarət guşələr yaradılacaq.
Binada 300 nəfərlik konfrans zalı, iş və texniki otaqlar da olacaq. İnzibati bina müasir avadanlıqla təchiz ediləcək. Binanın tikildiyi ərazi abadlaşdırılacaq, yaşıllıq zolağı və park salınacaq. Park ərazisində fontan quraşıdırılacaq və avtomobillərin park edilməsi üçün avtodayanacaq da fəaliyyət göstərəcək.
Xatırladaq ki, YAP-ın Sumqayıt şəhər təşkilatının fəaliyyət göstərdiyi hazırki bina qəzalı vəziyyətdədir.
Video reportaj:
Müzakirə qapadılmışdır.