Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən qəbul edilmiş 2023-cü ilin iş planına uyğun olaraq ötən dövr ərzində görülmüş işlər və qarşıda duran vəzifələrə həsr edilmiş müşavirə keçirilib.
Müşavirədə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Şəhər İcra Hakimiyyətinin məsul şəxsləri, aidiyyatı qurumların nümayəndələri iştirak edib.
Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının müavinləri ötən dövr ərzində ayrı-ayrı sahələr üzrə görülmüş işlərlə bağlı məruzə ilə çıxış ediblər.
Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov bildirib ki, son illər Sumqayıt şəhərində sakinlərin rahatlığı üçün genişmiqyaslı abadlıq-quruculuq tədbirləri həyata keçirilib, yeni mühüm layihələr realaşdırılıb. Şəhərdə abadlıq və quruculuq, yeni və irimiqyaslı infrastruktur layihələrinin həyata keçirilməsi, şəhər təsərrüfatının yenidən qurulması istiqamətində görülən kompleks işlər sakinlərin razılığı ilə qarşılanıb.
Şəhər rəhbəri yol infrastrukturunun inkişafı, çoxmənzilli yaşayış binalarının girişlərinin və fasadlarının təmiri, məişət tullantılarının vaxtlı-vaxtında daşınması, çimərlik mövsümü ilə əlaqədar Xəzərin Sumqayıt sahilində tədbirlərin görülməsi, dezinfeksiya işlərinin mütəmadi olaraq aparılması, küçə ticarətinə qarşı tədbirlərin davam etdirilməsi və digər məsələlərlə bağlı aidiyyəti qurumların rəhbərlərinə tapşırıq və tövsiyələrini çatdırıb.
Müşavirədə görülmüş işlərlə yanaşı, qarşıda duran vəzifələr müzakirə olunub, mövcud nöqsan və çatışmazlıqların aradan qaldırılması ilə bağlı tədbirlər müəyyən edilib.
Müzakirə qapadılmışdır.