Zakir Fərəcov Pekində Azərbaycanın Çin Xalq Respublikasındakı səfirliyində olub

294

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun rəhbərlik etdiyi nümayəndə heyətinin Çin Xalq Respublikasına işgüzar səfəri davam edir. Səfər çərçivəsində nümayəndə heyəti bir sıra şəhərlərdə görüşlər keçirib, sənaye müəssisələrində və istehsalat sahələrində olub, həmçinin qarşılıqlı əməkdaşlıq imkanlarını müzakirə edib.

Səfərin növbəti mərhələsində Zakir Fərəcov və nümayəndə heyəti Azərbaycanın Çin Xalq Respublikasındakı səfirliyində olublar. Onlar Azərbaycan Respublikasının Çin Xalq Respublikasında fövqəladə və səlahiyyətli səfiri Bünyad Hüseynovla görüşüblər.

Görüş zamanı iki ölkə, xüsusilə də Sumqayıt şəhəri ilə Çin şəhərləri arasında iqtisadi, sənaye, texnoloji və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb. Səfir Bünyad Hüseynov Azərbaycan-Çin münasibətlərinin dinamik şəkildə inkişaf etdiyini vurğulayaraq, Sumqayıt şəhərinin sənaye potensialının Çin tərəfi üçün maraqlı əməkdaşlıq imkanları yaratdığını qeyd edib.

Zakir Fərəcov göstərilən diqqət və səmimi qəbula görə təşəkkürünü bildirib, Sumqayıt şəhərinin sosial-iqtisadi inkişafı, sənaye parklarında həyata keçirilən layihələr və ekoloji yönümlü istehsal sahələri barədə məlumat verib. O, Sumqayıt və Çin şəhərləri arasında birbaşa əməkdaşlıq əlaqələrinin qurulmasının hər iki tərəf üçün faydalı olacağını vurğulayıb.

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər