Zakir Fərəcov qəbul imtahanlarında yüksək bal toplayan gənclərlə görüşüb

1727

Sumqayıtda ümumi təhsil müəssisələri üzrə buraxılış və qəbul imtahanlarında yüksək nəticə əldə etmiş gənclərlə görüş keçirilib.

Görüşdə çıxış edən Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov tələbə adını qazanan gəncləri təbrik edib, onlara savadlı, bilikli, bacarıqlı gənc kadr kimi müstəqil Azərbaycanın inkişafı, tərəqqisi naminə görülən işlərdə layiqli töhfələr vermələrini arzulayıb.

Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva bildirib ki, bu il Sumqayıt şəhərində orta məktəbi bitirən məzunlardan 243-ü 600 baldan yuxarı, onlardan 17 nəfəri isə 680-dən yuxarı bal toplayıb.

Tələbə adını qazanan gənclər və eləcədə onların müəllimləri yaradılan şəraitə, göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Sonda buraxılış və qəbul imtahanlarında yüksək nəticə göstərən tələbələrə qiymətli xatirə hədiyyələri təqdim edilib.


www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər