Zakir Fərəcov Sahib Fərzəliyevi fəxri fərmanla təltif edib

528

Sahib Abduləli oğlu Fərzəliyev 65 illik yubileyi münasibətilə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov tərəfindən fəxri fərmanla təltif olunub.

Təltif mərasimində çıxış edənlər Sahib Fərzəliyevin təhsil və elm sahəsində uzunmüddətli səmərəli fəaliyyətindən, gənc mühəndislərin hazırlanmasında göstərdiyi xidmətlərdən və ölkəmizdə həyata keçirilən iri miqyaslı tikinti layihələrində fəal iştirakından bəhs ediblər.

Hazırda Azərbaycan Memarlıq və İnşaat Universitetinin İnşaat fakültəsinin dekanı vəzifəsində çalışan Sahib Fərzəliyev elmi-pedaqoji fəaliyyəti dövründə 150-yə yaxın elmi məqalə, dərslik və metodik vəsaitlərin müəllifi olmaqla yanaşı, ölkənin aparıcı layihə institutları ilə əməkdaşlıq edir.

Eyni zamanda, ictimai-siyasi sahədə də fəal iştirak edən Sahib Fərzəliyev 1990-cı ildə Bakı şəhər Sovetinin deputatı olub, 1998-ci ildə isə “Potensial” Sumqayıt Mütəxəssislər Birliyini təsis edib və hazırda bu təşkilatın sədridir.

Sahib Fərzəliyev  uzun illər pedaqoji sahədəki fəaliyyətinə görə 2016-cı ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif olunub. O, həmçinin müharibə veteranıdır və bir sıra orden və medallara layiq görülüb.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər