Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov növbəti səyyar görüşünü 4-cü mikrorayonda keçirib. Ənənəvi olaraq həftəlik təşkil edilən görüşdə şəhər İcra Hakimiyyətinin məsul şəxsləri, idarə, müəssisə, təşkilatların rəhbərləri, şəhid ailələri, qazilər və şəhər sakinləri iştirak edib.
Vətəndaşlarla birbaşa ünsiyyət quran icra başçısı onların müraciətlərini diqqətlə dinləyib. Əsasən sosial müdafiə, mənzil-məişət və məşğulluq məsələləri ilə bağlı müraciətlər səsləndirilib. Qaldırılan problemlərin bir qismi elə yerindəcə öz həllini tapıb.
Şəhər rəhbəri görüş zamanı araşdırma tələb edən məsələlərlə bağlı aidiyyəti qurumların rəhbərlərinə konkret tapşırıqlar verib. O, bu tapşırıqların qanunvericiliyin tələblərinə uyğun və qısa müddətdə icra olunmasının vacibliyini vurğulayıb.
Qeyd edək ki, bu cür səyyar görüşlər Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən müntəzəm olaraq həyata keçirilir.
Müzakirə qapadılmışdır.