Zakir Fərəcov sakinlərlə görüşdü – FOTOLAR

296

Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov 4-cü mikrorayon ərazisində növbəti səyyar qəbul keçirib.

Tədbirdə şəhər İcra Hakimiyyətinin məsul əməkdaşları, müxtəlif dövlət qurumlarının, təşkilat və müəssisələrin rəhbərləri, eləcə də şəhid ailələri, qazilər və sakinlər iştirak ediblər.

Səyyar qəbul zamanı şəhər rəhbəri sakinləri fərdi qaydada dinləyərək onların müraciətlərini diqqətlə dinləyib. Qaldırılan məsələlər əsasən sosial təminat, məişət şəraiti, mənzillə bağlı çətinliklər və məşğulluq problemləri ilə əlaqəli olub. Bir sıra müraciətlər dərhal yerində həllini tapıb.

Əlavə araşdırma tələb edən məsələlərlə bağlı Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov aidiyyəti qurumların rəhbərlərinə konkret tapşırıqlar verib. O, hər bir vətəndaş müraciətinin qanunvericiliyin tələblərinə uyğun, operativ və şəffaf şəkildə icra edilməsinin zəruriliyini xüsusi vurğulayıb.

Qeyd edək ki, Sumqayıt şəhər İcra Hakimiyyəti sakinlərlə birbaşa ünsiyyəti, onların problemlərinin yerində həllini və açıq dialoqu təmin etmək məqsədilə səyyar qəbul və görüşləri mütəmadi şəkildə həyata keçirir. Bu tədbirlər vətəndaş məmnunluğunun artırılması və xidmətlərin keyfiyyətinin yüksəldilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər