Zakir Fərəcov sakinlərlə görüşdü, müraciətlərini dinlədi

160

Sumqayıt şəhərində növbəti səyyar qəbul keçirilib. Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun iştirakı ilə keçirilən qəbul şəhərin 3-cü mikrorayon ərazisində baş tutub. Görüşdə şəhər İcra Hakimiyyətinin məsul əməkdaşları, müxtəlif idarə və müəssisələrin rəhbərləri, şəhid ailələrinin üzvləri, qazilər və yerli sakinlər iştirak ediblər.
Səyyar qəbul zamanı vətəndaşlar fərdi qaydada dinlənilib, onların müraciət və təklifləri diqqətlə araşdırılıb. Görüşdə əsasən sosial məsələlər, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, məşğulluq, eləcə də şəhər təsərrüfatı ilə bağlı müxtəlif məsələlər səsləndirilib. Bəzi müraciətlər yerində araşdırılaraq müsbət həllini tapıb.
Əlavə araşdırma tələb edən məsələlər isə qeydiyyata alınaraq nəzarətə götürülüb və aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verilib. Şəhər rəhbəri vətəndaşların qaldırdıqları problemlərin qanunvericiliyə uyğun şəkildə və operativ qaydada həll edilməsinin vacibliyini vurğulayıb.
Qeyd olunub ki, Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən sakinlərlə birbaşa təmasın gücləndirilməsi, onların müraciətlərinə həssas yanaşmanın təmin olunması və mövcud problemlərin yerində öyrənilməsi məqsədilə səyyar qəbullar davamlı olaraq təşkil edilir. Bu görüşlər vətəndaş məmnunluğunun artırılması və şəhərdə sosial məsələlərin daha çevik həllinə xidmət edir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər