Zakir Fərəcov şəhid ailələrini evlərində ziyarət edib – FOTO

163

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov Novruz bayramı münasibətilə şəhid ailələri ilə görüşlərini davam etdirir.

Şəhər rəhbəri bu dəfə Vətən müharibəsi qəhrəmanları Camal İsmayılov və Mehrab Niftəliyevin ailələrini ziyarət edib. Görüş zamanı ailələrin qayğı və problemləri ilə maraqlanan Zakir Fərəcov onları bayram münasibətilə təbrik edib, xoş arzularını çatdırıb.

Qeyd olunub ki, 44 günlük Vətən müharibəsində əldə olunan şanlı Qələbə məhz qəhrəman şəhidlərimizin şücaəti sayəsində mümkün olub və onların xatirəsi daim uca tutulur.

Bildirilib ki, şəhid ailələri və qazilərin sosial rifahının yaxşılaşdırılması dövlət siyasətinin prioritet istiqamətlərindən biridir və bu istiqamətdə görülən işlər Sumqayıt şəhərində də ardıcıl şəkildə davam etdirilir.

Şəhid ailələri göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə ediblər.

 

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər