Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov Novruz bayramı münasibətilə Milli Qəhrəman Polad Həşimovun anası Səmayə xanım Həşimovanı, eləcə də Vətən Müharibəsi Qəhrəmanları Sübhan Cəbrayılov və Ramiz Cəfərovun ailələrini ziyarət edib.
Görüş zamanı şəhid ailələrinin qayğıları ilə maraqlanan şəhər rəhbəri onları bayram münasibətilə təbrik edib, xoş arzularını çatdırıb. Bildirilib ki, 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfər şəhidlərimizin qəhrəmanlığı sayəsində əldə olunub və bu şanlı Qələbə Azərbaycan tarixində əbədi yer tutub.
Qeyd olunub ki, şəhid ailələri və qazilər dövlət başçısı tərəfindən daim diqqət və qayğı ilə əhatə olunur. Sumqayıt şəhərində də bu kateqoriyadan olan vətəndaşların sosial təminatının yaxşılaşdırılması istiqamətində tədbirlər ardıcıl şəkildə davam etdirilir.
Şəhid ailələri göstərilən diqqətə görə minnətdarlıqlarını ifadə ediblər.





Müzakirə qapadılmışdır.