Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov Milli Məclisə keçirilən növbədənkənar seçkilərdə səsvermə hüququndan istifadə edib.
Şəhər rəhbəri 45 saylı Sumqayıt 4-cü seçki dairəsi üzrə 7 saylı məntəqədə səs verib.
Qeyd edək ki, Sumqayıt şəhərində seçicilər 6 seçki dairəsi üzrə 210 seçki məntəqəsində səs verirlər.
Məlumata əsasən, şəhərdə ümumi seçicilərin sayı 273 min 698 nəfərdir. Onlardan 2 499-u ilk dəfə səs verir. Seçicilərdən birinin yaşı 100-dən çoxdur.
Müzakirə qapadılmışdır.