Zakir Fərəcov Sevindik Hüseynovu 80 illik yubileyi münasibətilə təbrik edib

278

Sevindik Hüseynov Sumqayıt şəhər İcra Hakimiyyətinin Fəxri Fərmanı ilə təltif edilib

Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov Sevindik Hüseynovu 80 illik yubileyi münasibətilə təbrik edib. Zakir Fərəcov yubilyarın uzun illər ərzində şəhərin ictimai həyatında fəal iştirakını yüksək qiymətləndirib və ona Sumqayıt şəhər İcra Hakimiyyətinin Fəxri Fərmanını təqdim edib.

Qeyd edək ki, Sevindik Hüseynov Sumqayıt şəhər Ağsaqqallar Şurasının üzvüdür. O, 1990-cı ildən 2018-ci ilin may ayına qədər Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Sumqayıt şəhər sektorunun müdiri vəzifəsində çalışıb. Həmin dövrdə təşkilata rəhbərlik edərək qaçqın və məcburi köçkünlərin sosial rifahının yaxşılaşdırılması istiqamətində mühüm işlər görüb.

Hazırda təqaüddə olan Sevindik Hüseynov  “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər