Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov vətəndaşların qayğı və problemlərinin yerində dinlənilməsi məqsədilə növbəti səyyar görüşünü şəhərin 3-cü mikrorayon ərazisində keçirib. Qəbulda şəhər İcra Hakimiyyətinin məsul şəxsləri, idarə, müəssisə, təşkilatların rəhbərləri və şəhər sakinləri iştirak edib.
Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin bir qismi şəhər rəhbəri tərəfindən yerindəcə həll edilib. Araşdırılmasına ehtiyac olan digər məsələlərin qanunvericiliyə uyğun həlli üçün aidiyyəti qurumların rəhbərlərinə tapşırılaraq nəzarətə götürülüb.
Şəhər rəhbəri ilə görüşən sakinlər Sumqayıtda görülən işlərdən razılığını ifadə ediblər, onların müraciətlərinə xüsusi diqqətlə yanaşıldığına görə şəhər rəhbərliyinə öz minnətdarlıqlarını bildirdilər.
Müzakirə qapadılmışdır.