Zakir Fərəcov Sumqayıtda təşkil olunan yarmarkada olub – FOTO

210

Bu gündən etibarən Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Aqrar Tədarük və Təchizat” ASC-nin təşkilatçılığı ilə Sumqayıt şəhərində “Kənddən Şəhərə” Yeni il yarmarkası keçirilir.

Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə təşkil olunan yarmarkanı ziyarət edib.

Bildirilib ki, yarmarkanın əsas məqsədi fermerlərin satış imkanlarının genişləndirilməsi, regionlardan gətirilən yerli məhsulların daha geniş istehlakçı kütləsinə çatdırılması, eləcə də bayram günlərində vətəndaşların keyfiyyətli, təbii və yerli məhsullarla təmin olunmasına şərait yaratmaqdır. Layihə çərçivəsində xüsusilə kiçik və orta fermer təsərrüfatlarında istehsal olunan məhsulların bazara çıxışının genişləndirilməsinə xüsusi önəm verilir.

Qeyd edək ki, yarmarka Sumqayıt şəhəri, 9-cu mikrorayon, Köhnə Şərq bazarının yaxınlığında təşkil olunub və dekabrın 29-dək davam edəcək.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər