Zakir Fərəcov tibb işçilərini peşə bayramı münasibətilə təbrik etdi

440

17 iyun – Tibb İşçilərinin Peşə Bayramı Günü münasibətilə təntənəli tədbir keçirilib.

Tədbirdə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, şəhərin səhiyyə müəssisələrinin rəhbərləri və tibb işçiləri iştirak edib.

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov səhiyyə işçilərini peşə bayramı münasibətilə təbrik edib, onlara ən xoş arzularını bildirib və şərəfli işlərində uğurlar arzulayıb.

Zakir Fərəcov çıxışında qeyd edib ki, bu əlamətdar gün Ümummilli Lider Heydər Əliyevin 4 iyun 2001-ci il tarixli Sərəncamı ilə təsis olunub və o vaxtdan etibarən hər il iyunun 17-si Azərbaycanda Tibb İşçilərinin Peşə Bayramı kimi qeyd olunur. Şəhər rəhbəri vurğulayıb ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva səhiyyə sisteminin inkişafını daim diqqət mərkəzində saxlayır, bu sahədə islahatların həyata keçirilməsi və tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi üçün mühüm addımlar atılır.

Çıxış zamanı Sumqayıtda son illər ərzində səhiyyə sahəsində görülən işlər də xüsusi vurğulanıb. Şəhərin əsas tibb müəssisələrinin əksəriyyətində əsaslı təmir və yenidənqurma işləri aparılıb, müasir tibbi avadanlıqlar quraşdırılıb və tibb işçilərinin iş şəraitinin yaxşılaşdırılması istiqamətində əhəmiyyətli irəliləyişlər əldə olunub.

Bildirilib ki, tibb işçilərinin 44 günlük Vətən müharibəsində, eyni zamanda pandemiya ilə mübarizədə əvəzsiz xidmətləri olub.

Sumqayıt Tibb Mərkəzinin direktoru Elnur Azadxanov çıxış edərək bütün tibb işçilərini peşə bayramları münasibətilə təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Tədbirdə səhiyyə sahəsində səmərəli fəaliyyətləri ilə seçilən bir qrup tibb işçisi Sumqayıt Şəhər İcra Hakimiyyəti və Sumqayıt Tibb Mərkəzi tərəfindən fəxri fərmanlarla təltif olunub.

Tədbir konsert proqramı ilə davam etdirilib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər