31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə 67 saylı körpələr evi uşaq baxçasında bayram şənliyi keçirilib.
Uşaqların bayram şənliyində Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov və Abşeron-Xızı rayon təhsil şöbəsinin müdiri İlhamə Abdullayeva iştirak ediblər.
Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov körpə fidanları bayram münasibəti ilə təbrik edib, gələcəyimiz olan uşaqlara sağlamlıq, xoşbəxtlik və sadət arzuylayıb. Şəhər rəhbəri çıxışında bağçanın kollektivinə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Qeyd olunub ki, Azərbaycanda uşaqların sağlam böyümələri, Vətənə layiqli övlad kimi yetişməsi, mükəmməl təhsil almaları dövlətin daim diqqətdə saxladığı prioritet məsələlərdəndir. Vurğulanıb ki, son illər Sumqayıt şəhərindəki məktəbəqədər təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində xeyli iş görülüb, istilik sistemi tam bərpa olunub, bütün uşaq bağçaları isti su ilə təmin olunub, ərzaq təminatı ciddi nəzarətə götürülüb.
Uşaqlar bayram üçün hazırladıqları musiqili kompozisiynı təqdim ediblər. Uşaqların ifasında yeni ilə həsr olunan şerlər, mahnılar və rəqs nömrələri alqışlarla qarşılanıb.
Müzakirə qapadılmışdır.