Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov 63 və 40 saylı körpələr evi uşaq baxçasında 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə təşkil edilən bayram şənliyində iştirak edib.
Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov körpə fidanları bayram münasibəti ilə təbrik edib, gələcəyimiz olan uşaqlara can sağlığı, xöşbəxt həyat, sevinc dolu günlər və vətənə layiqli övlad olmalarını arzulayıb.
Şəhər rəhbəri çıxışında bağçanın kollektivinə gələcək fəaliyyətlərində uğurlar arzuladı.
Bayram şənliyi üçün hazırlanan musiqili kompozisiyada uşaqlar maraqlı proqramla çıxış ediblər. Uşaqların ifasında yeni ilə həsr olunan şerlər, mahnılar və rəqs nömrələri alqışlarla qarşılanıb.
Tədbirin sonunda uşaqlara yeni il hədiyyələri təqdim edilib.
Müzakirə qapadılmışdır.