Sumqayıt şəhərində 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə bayram tədbiri keçirilib.
Sumqayıt şəhər Uşaq və Yeniyetmələrin Yaradıcılıq Mərkəzində təşkil edilmiş tədbirdə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov da iştirak edib. Şəhər rəhbərini mərkəzin həyətində qarşılayan uşaqlar asfalt üzərində sülh və vətənpərvərlik mövzusunda çəkdikləri rəsmləri nümayiş etdiriblər.
“Biz sülh istəyirik” adlı tədbir uşaq bağçası – körpələr evinin balaca fidanlarının ifasında rəngarəng musiqi nömrələri, vətənpərvərlik mövzusunda hazırlanmış ədəbi kompozisiya və rəqslərlə davam etdirilib.
Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov uşaqları “1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi günü” münasibəti ilə təbrik edib, onlara can sağlığı, firəvan həyat, dərslərində naliyyətlər və yaradıcılıq uğurları arzulayıb.
Spnda İcra Başçısı tərəfindən səmərəli və ictimai fəaliyyətinə görə fərqlənən müəllimlərə fəxri fərman və uşaqlara hədiyyələr verilib.
Foto: Xəqani Əzizov
Müzakirə qapadılmışdır.