Zakir Fərəcov və Yutta Ştaynruk Lüdviqshafen parkında ağac əkdi

2953

Almaniyanın Lüdviqshafen şəhərinin nümayəndə heyətinin Sumqayıt şəhərinə səfəri çərçivəsində silsilə tədbirlər təşkil olunub.

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Lüdviqshafen şəhərinin meri xanım Yutta Ştaynruk, nümayəndə heyətlərinin üzvləri iki şəhərin dostluğunun simvolu sayılan Lüdviqshafev istirahət parkında aparılan yenidənqurma işləri ilə tanış olublar. Qonaqlar burada şəhər sakinləri ilə söhbət edib,  özfəaliyyət kollektivlərinin çıxışlarını izləyib, ağac əkiblər.

Qeyd olunub ki, şəhərin 9-cu mikrorayonunun ərazisində yerləşən Lüdviqşafen parkı müasir səviyyədə yenidən qurulub. Bu istirahət məkanı Sumqayıt şəhəri ilə qardaşlaşmış Almaniyanın Lüdviqşafen şəhərinin şərəfinə salınıb.

Bildirilib ki, Lüdviqşafen şəhərində də Sumqayıt parkı mövcuddur. Bu park 1997-ci ildə Sumqayıt-Lüdviqşafen əlaqələrinin 20 illiyi münasibətilə salınıb. Ümumi ərazisi 2 hektar olan parkda sakinlərin istirahəti üçün geniş imkanlar yaradılıb.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər