Zakir Fərəcov vətəndaş müraciətlərini yerində dinlədi

68

Sumqayıt şəhərində vətəndaş müraciətlərinə operativ baxılması və sakinlərlə birbaşa ünsiyyətin gücləndirilməsi məqsədilə növbəti səyyar qəbul təşkil olunub. Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun iştirakı ilə keçirilən qəbul şəhərin 3-cü mikrorayon ərazisində baş tutub. Görüşdə şəhər İcra Hakimiyyətinin məsul əməkdaşları, müxtəlif idarə və müəssisələrin rəhbərləri, şəhid ailələrinin üzvləri, qazilər və yerli sakinlər iştirak ediblər.

Səyyar qəbul zamanı şəhər rəhbəri vətəndaşları fərdi qaydada qəbul edərək onların müraciət və təkliflərini dinləyib, qaldırılan məsələlərə diqqətlə yanaşıb. Görüşdə əsasən sosial təminat, mənzil-məişət şəraiti, eləcə də məşğulluqla bağlı problemlər səsləndirilib. Müraciətlərin bir qismi yerində araşdırılaraq operativ qaydada həllini tapıb.

Araşdırma tələb edən məsələlər isə nəzarətə götürülərək aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verilib. Zakir Fərəcov qaldırılan problemlərin qanunvericiliyin tələblərinə uyğun şəkildə və qısa müddətdə həll olunmasının vacibliyini xüsusi qeyd edib.

Bildirilib ki, Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən sakinlərlə birbaşa təmasın gücləndirilməsi və vətəndaş müraciətlərinin operativ şəkildə araşdırılması məqsədilə belə səyyar qəbullar mütəmadi olaraq təşkil olunur. Bu görüşlər yerli sakinlərin problemlərinin daha yaxından öyrənilməsi və onların həlli istiqamətində çevik tədbirlərin görülməsi baxımından mühüm əhəmiyyət daşıyır.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər