Zakir Fərəcov vətəndaşlarla növbəti səyyar görüşünü keçirib

213

Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı cənab Zakir Fərəcov 2025-ci il avqustun 1-də şəhərin 29-cu məhəlləsində vətəndaşlarla növbəti səyyar qəbul-görüşünü keçirib. Görüşün əsas məqsədi şəhər sakinlərinin problemlərini yerindəcə dinləmək, onların müraciətlərinə operativ yanaşmaq və aidiyyəti üzrə həllinə dəstək göstərmək olub.

Səyyar qəbulda İcra Hakimiyyətinin məsul əməkdaşları, xidmət sahələrinin rəhbərləri, o cümlədən kommunal təsərrüfat, mənzil-kommunal istismar sahələri, məşğulluq, səhiyyə, təhsil və sosial təminat qurumlarının nümayəndələri iştirak ediblər.

Görüşdə iştirak edən sakinlər müxtəlif məsələlərlə bağlı müraciətlər ediblər. Şəhər rəhbəri vətəndaşların müraciətlərini diqqətlə dinləyib, bir sıra məsələlər yerində həllini tapıb. Digər müraciətlərlə bağlı isə aidiyyəti təşkilatlara tapşırıqlar verilib və nəzarətə götürülüb.

İcra başçısı sakinlərə müraciətlərinin nəzarətdə saxlanılacağını və mümkün qədər qısa müddətdə müvafiq tədbirlərin görüləcəyini bildirib. Qəbul zamanı qeyd edilən bəzi sosial məsələlər ilə bağlı İcra Hakimiyyətinin müvafiq strukturlarına konkret tapşırıqlar verilib.

Qeyd edək ki, Sumqayıt şəhər İcra Hakimiyyəti vətəndaşlarla birbaşa ünsiyyətin gücləndirilməsini, onların problemlərinin yerində dinlənilərək operativ həllini təmin etməyi əsas prioritetlərindən biri hesab edir. Bu istiqamətdə keçirilən səyyar görüşlər şəhər sakinləri ilə əlaqələrin möhkəmləndirilməsinə, onların gündəlik həyat şəraitinin daha da yaxşılaşdırılmasına xidmət edir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər