Zakir Fərəcov yüksək bal toplayan məzunlarla görüşdü-FOTOLAR

4602

Sumqayıtda ali məktəblərə yüksək balla qəbul olan məzunlarla görüş keçirilib. Görüşdə Sumqayıt şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcov,  Abşeron Xızı Regional Təhsil idarəsinin müdiri İlhamə Abdullayeva, təhsil müəssisələrinin rəhbərləri, müəllimlər,  ali məktəblərə yüksək balla qəbul olan məzunlar və fənn olimpiadalarında qalib olan şagirdlər iştirak edib.

Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov gəncləri əldə etdikləri uğurlar münasibəti ilə təbrik edərək, onlara xoş arzularını çatdırıb, gələcək həyatlarında müvəffəqiyyətlər arzulayıb.

Zakir Fərəcov son illər ölkəmizdə dövlət tərəfindən təhsilə göstərilən diqqət və qayğıdan danışıb və bu sahənin dövlət başçısı tərəfindən daim diqqət mərkəzində saxlanıldığını vurğulayıb.

Şəhər rəhbəri bildirib ki, ölkəmizdə təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində mühüm işlər görülür, yeni məktəb binaları, əlavə tədris korpusları inşa edilir, mövcud məktəblərdə əsaslı təmir işləri aparılır. Son illərdə Sumqayıt şəhərində də təhsil müəssisələri təmir olunub, yeni məktəblər inşa olunub. Bütün bunlar gənclərin yüksək səviyyədə təhsil almalarına və müstəqil ölkəmizin layiqli vətəndaşları olmalarına lazımi şərait yaradır.

Tədbirdə çıxış edən Abşeron Xızı Regional Təhsil idarəsinin müdiri İlhamə Abdullayeva tələbə adını qazanan məzunları və Fənn olimpiada qaliblərini təbrik edib, onlara gələcək həyatlarında uğurlar arzulayıb. Bildirilib ki, bu il Sumqayıt məktəblərini bitirən şagirdlərdən 36 nəfəri 650-dən yuxarı bal toplayıb.Təbiət Elmləri təmayüllü Gimnaziyanın,Texniki və təbiət elmləri liseyini,Təfəkkür və İstedad liseylərini bitirən şagirdlərin 100%-i ali məktəblərə qəbul olub. Region üzrə 17 nəfər orta məktəbi döş nişanı ilə bitirib ki,onların 16-ı Sumqayıtın payına düşür.

Çıxış edən məktəb direktorları, müəllimlər, şagirdlər və valideynlər təhsilə göstərdiyi diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin təşəkkürlərini və minnətdarlıqlarını bildiriblər.

Səmərəli pedoqoji fəaliyyətinə görə bir qrup müəllimə Sumqayıt şəhər İcra Hakimiyyətinin Fəxri Fərmanı verilib. Daha sonra fənn olimpiadalarının qaliblərinə, qəbul imtahanlarında yüksək bal toplayan məzunlara qiymətli hədiyyələr, həmin şagirdlərin təhsil aldıqları məktəblərin direktorlarına isə təşəkkürnamələr təqdim olunub.

Çıxış edən məzunlar onlara bəslənən ümidləri doğruldacaqlarına söz veriblər.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər
  • Süleymanov Niyaz Mustafa oğlu
    Sentyabr 13, 2022 - 11:54

    Sumqayıt şəhərinin təhsil işçilərini 2022-ci ildə ali məktəblərə qəbulun göstəricilərinə əsasən əldə etdikləri müvəffiqiyyətə və qazandıqları yüksək nəticələrə görə təbrik edir və onlara 2022-2023-cü tədris ilinin başlanması münasibətilə uğurlar diləyirəm.
    Tələbə adını qazanmış məzunları ürəkdən təbrik edir, onların valideynlərinə, müəllimlərinə və repititorlara çəkdikləri əziyyətlərə görə minnətdarlığımı bildirir və növbəti illərdə də yüksək nəticələr əldə etmələrini arzulayıram.

Süleymanov Niyaz Mustafa oğlu üçün bir cavab yazın Cavabı ləğv et

Facebook Şərhlər
Bənzər Xəbərlər