Zakir Fərəcovun başçılıq etdiyi nümayəndə heyəti Lints şəhərində işgüzar səfərdədir – FOTOLAR

1325

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun başçılıq etdiyi nümayəndə heyəti Avstriyanın Lints şəhərində işgüzar səfərdədir.

Səfərin əsas məqsədi Avstriyanın aparıcı sənaye mərkəzi olan Lints şəhəri ilə Sumqayıt şəhəri arasında 2009-cu ildən mövcud olan əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi, yerli sənaye müəssisələri ilə tanışlıq olub.

Səfər çərçivəsində Zakir Fərəcov Lints şəhərinin meri Dietmar Prammerlə və  şəhərdə fəaliyyət göstərən şirkətlərin nümayəndələri ilə görüşlər keçirib.

Görüşlərdə sənaye şəhərləri olan Sumqayıt və Lints arasında gələcək əməkdaşlıq üçün geniş imkanların mövcud olduğu vurğulanıb, bu imkanların reallaşdırılması istiqamətində mümkün sahələr barədə ətraflı fikir mübadiləsi aparılıb.

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər