Telefonlarda Zəlzələ Xəbərdarlıq Sistemini necə aktiv etmək olar?
Modern.az-ın məlumatına görə, sistemin xəbərdarlıq bildirişi göndərməsi üçün telefonda məkan aktiv olmalıdır.
Telefonda Zəlzələ Xəbərdarlığı Sistemini aktivləşdirmək üçün aşağıdakı addımları yerinə yetirmək lazımdır;
“Samsung” telefonlarında;
1. Telefonda “Parametrlər”i açın və ekranı aşağıya doğru sürüşdürün.
2. Növbəti ekranda “Yer” xanasını seçin.
3. İndi “Məkan Xidmətləri” xanasını seçin.
4. Ekranı aşağıya doğru sürüşdürün.
5. Növbəti ekranda “Zəlzələ bildirişləri” düyməsini aktiv edin.
“Xiaomi” telefonlarında;
1. Telefonda “Ayarlar”ı açın və ekranı aşağıya doğru sürüşdürün.
2. Növbəti ekranda “Məkan” xanasını seçin.
3. İndi “Məkan Müraciəti” xanasını seçin.
4. Daha sonra “Məkan Xidmətləri” xanasını seçin.
5. Növbəti ekranda “Zəlzələ bildirişləri” düyməsini aktiv edin.
Müzakirə qapadılmışdır.