Sumqayıt şəhər sakini, tanınmış vəkil Əsabəli Mustafayevin həyat yoldaşı, Qadın təşəbbüsü və Sosial Problemlerin Hallina Yardım İctimai Birliyinin sədri Zemfira Mustafayeva şəhərin 2 saylı xəstəxanasında göstərilən tibbi xidmətlərə görə öz minnətdarlığını bildirib.
O, həyat yoldaşının ağır vəziyyətdə xəstəxanaya yerləşdirildiyini və iki həftə ərzində reanimasiya və terapiya şöbələrində çalışan tibb personalının böyük səylə onun vəziyyətini normallaşdırmağa çalışdığını qeyd edib. Zemfira Mustafayeva baş həkim Arzu Bəndəliyevaya, həkim Şəkərəli Həsənova və bütün tibb personalına dərin təşəkkürlərini çatdırıb. O, həmçinin, xəstəxananın bütün tibb və texniki işçilərinin hər bir xəstəyə qarşı göstərdikləri mərhəmət və səbrə xüsusi vurğu edib.
Zemfira Mustafayeva həmçinin Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun xəstəxanaya baş çəkərək oradakı vəziyyətlə şəxsən maraqlandığını da qeyd edib. O, Sumqayıt şəhərini və onun əhalisini çox sevdiyini bildirərək bütün tibb personalına minnətdarlığını ifadə edib.
Müzakirə qapadılmışdır.