Keçmiş nəqliyyat naziri Ziya Məmmədovun bacısı Məhbubə Məmmədova Pedaqoji Kollecin tədris işləri üzrə direktor müavini vəzifəsinə təyin edilib.
Lent.az Axar.az-a istinadən xəbər verir ki, məlumatı Dövlət Pedaqoji Universitetinin nəzdindəki Pedaqoji Kollecdən təsdiqləyiblər.
Kollecdən bilidirilib ki, təyinat ötən ilin sonlarında aparılıb: “Artıq 2 aydır Məhbubə xanım Məmmədova Pedaqoji Kollecin tədris işləri üzrə direktor müavini vəzifəsini icra edir”.
Qeyd edək ki, bu barədə məlumatı ilk olaraq “Azpolitika.info” saytı yayıb.
Xatırladaq ki, keçmiş nəqliyyat naziri Ziya Məmmədovun bacısı Məhbubə Məmmədova 66 saylı “Tərəqqi” liseyinin rəhbəri idi. M.Məmmədova Təhsil Nazirliyinin işçiləri tərəfindən liseydə aparılan yoxlamalardan sonra işdən kənarlaşdırılmışdı. Onun vəzifəsindən uzaqlaşdırılmasına səbəb kimi Bakı Tikiş Evi tərəfindən tikilən və 40 manata satılan məktəbli formalarını liseyin şagirdlərinə 120 manata satdırdığı barədə şikayətlərin olduğu göstərilirdi.
Müzakirə qapadılmışdır.