Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı ilə həyata keçirilən “Ziyalı nəsihəti” layihəsi çərçivəsində növbəti tədbir Sumqayıt şəhərində baş tutub.
Bu barədə sumqayitxeber.com-a Mənəvi Dəyərlərin Təbliği Fondundan bildiriblər.
Bu gün reallaşan tədbirdə region gəncləri ilə ziyalıları bir araya gətirmək, onları düşündürən bir sıra suallara cavab tapmaq, həmçinin qarşılıqlı fikir mübadiləsi fürsəti yaratmaq məqsədi daşıyan adıçəkilən layihənin qonağı azərbaycanlı yazıçı, jurnalist, nasir, “Multikulturalizm” jurnalının baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin üzvü Fəxri Uğurlu olub.
Qeyd edib ki, Fond tərəfindən ilin sonuna kimi müxtəlif bölgələrdə “Ziyalı nəsihəti” layihəsinin davam etdirilməsi planlaşdırılır.
Müzakirə qapadılmışdır.