​"Whatsapp"dan hər kəsin gözlədiyi yenilik

622

“Whatsapp” istifadəçilərinin uzun müddətdir gözlədiyi “Youtube” dəstəyi İOS istifadəçiləri üçün istifadəyə təqdim edilib.

Day.Az Metbuat.az-a istinadən xəbər verir ki, artıq “Whatsapp” üzərindən göndərilən “Youtube” videolarını tətbiqdən çıxmağa ehtiyac qalmadan eyni səhifədə izləmək mümkün olacaq.

Bu yeniliyin digər özəlliyi isə “Youtube” videoları izlədiyiniz zaman sadəcə danışdığınız söhbət pəncərəsində qalmağınız kimi bir şərtin olmamasıdır. Siz başqa insanla yazışmağa davam etsəniz də, videonu izləyə biləcəksiniz.

Qeyd edək ki, bu yenilik artıq Türkiyədə istifadə edilir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər
Bənzər Xəbərlər