Haqqında

Haqqımızda

“SUMQAYİTXEBER.COM” xəbər portalı 2009-cu ilin iyun ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd Sumqayıt şəhərində baş verən ən vacib və maraqlı xəbərləri, eləcə də şəhərlə bağlı informasiyaları geniş auditoriyaya təqdim etməkdir.

Informasiya Texnologiyalaraının inkişafı digər sahələr kimi media sektoruna da nəzərəçarpacaq dərəcədə təsir göstərməkdədir. Elə bu səbəbdən də ölkəmizdə son zamanlar internet medianın intensiv inkişaf etdiyini görürük. Online internet qəzetlərin, jurnalların və xəbər portallarının sayı getdikcə artmaqdadır. 21-ci əsr informasiya əsri hesab olunur və bu səbəbdən də insanlar daha çox bilgi almaq, ölkədə və dünyada baş verən ən son xəbərlərdən məlumatlı olmağa daha çox meyillidirlər.
Müasir dövrümüzdə nəinki ölkə miqyaslı internet media, həm də əyalətlərdə- şəhərlərdə, qəsəbələrdə də online qəzetlər fəaliyyət göstərirlər.
Sumqayıt şəhəri yarandığı gündən sənaye şəhəri kimi aktiv bir zona olmuşdur. Artıq şəhərimiz yarımmilyonluq əhalisi olan böyük bir şəhərə çevrilmişdir. Son statistik məlumatlar da göstərir ki, ölkəmizdə və Sumqayıtda internet istifadəçilərinin sayı artmaqdadır. Bütün bunları nəzərə alaraq biz www.sumqayitxeber.com – Sumqayıt şəhərinin ilk online xəbər portalını yaratmağı düşündük. Artıq online qəzetimiz internet istifadəçilərinin ixtiyarındadır. Ümid edirik ki, sizlər də bizə bu sahədə dəstək olacaqsınız və sizin sayənizdə www.sumqayitxeber.com saytı olkəmizdə ən iri online xəbər portalına çevriləcək.

Təsisçi və baş redaktor – Eyvaz Qocayev
Telefon: (055) 794-64-96
E-mail: sumqayitxeber@yahoo.com