20 YANVAR−AZƏRBAYCANIN AZADLIĞI VƏ ƏRAZİ BÜTÖVLÜYÜ UĞRUNDA QƏHRƏMANLIQ SƏHİFƏSİ

589

İyirminci yüzilliyin 80-ci illərinin ortalarından başlayaraq Azərbaycanda milli özünüdərkin, milli şürun yenidən öyrənməsi və demokratik təsisatlara sanki meydan verilməsi xalqımızın müstəqillik uğrunda mübarizəsinə yeni nəfəs verdi və milli azadlıq hərəkatının genişlənməsinə güclü təsir göstərdi. Hərəkatın genişlənməsinə erməni separatçıları və erməni daşnakları tərəfindən süni surətdə yaradılan uydurma Dağlıq Qarabağ problemi və onun ətrafında baş verən dərin sosial-siyasi hadisələr oldu.
Erməni separatçıları 1988-ci ilin yanvarından başlayaraq türksüz Ermənistan və Dağlıq Qarabağ uğrunda millətçiplanını həyata keçirilməyi surətləndirdilər.
Bu azmış kimi, 1988-ci ilin fevralında Xankəndində böyük mitinq keçirib, Dağlıq Qarabağın Ermənistana verilməsi şüarı ilə çıxışlar etməyə başladılar.
Azərbaycan torpaqlarına göz dikən erməni millətçiləri zaman-zaman ərazilərimizi işğal etmək və dənizdən dənizə monoetnik erməni dövləti yaratmaqdan ötrü türk xalqalrına qarşı soyqırımı siyasəti aparmış və özlərinin fitnəkar planlarını həyata keçirmək üçün bütün rəzil mübarizə üsulundan istifadə etmişlər. Erməni millətçilərinin məkirli planlarını həyata keçirilməsindən başlıca vasitə mərkəzdə M.Qorbaçovun hakimiyyəti zəbt etməsi oldu.
Bu siyasət əvvəl gizli sonra isə açıq formada özünü göstərdi. Erməni millətçilərinin başçıları bildirdilər ki, onları həyata keçirmək istədikləri planlarına mane olacaq potensial qüvvə Heydər Əliyevdir. Bunu nəzərə alan erməni siyasətçilərinin niyyətləri iləQorbaçovun qısqanclıq və xəyanətkar mövqeyi üst-üstə düşürdü. Odur ki, hər iki düşmən siyasəti birləşdi və nəticədə 1987-ci ilin oktyabrında Heydər Əliyev tutduğu vəzifələrdən istehfa verdi. Ermənilərin fəallaşmasından Qorbaçovun məsləhətçisi Aqanbekyanın Parisdə “Humanite” qəzetində bəyanat verdi. O, bəyanatında bildirdi ki, Dağlıq Qarabağın Azərbaycanın tərkibindən çıxarılıb Ermənistana verilməsinə dair Moskvanın razılığı vardı. Bu fitnəkar bəyanatdan sonra “Qarabağ” , “Krunk”, “Miatsun” və başqa erməni-daşnak-millətçi təşkilatlarının antikonsttusion fəaliyyəti genişləndi. Bu hadisədən sonra Xankəndində, Yerevanda antiazərbaycan və antitürk ruhlu mitinqlər qızışmağa başladı. Həmin vaxtlarda 4000 nəfərdən çox azərbaycanlı öz doğma yurdlarından qovuldu. Əsgəran, Masis, Qafan, Vedi rayonlarında azərbaycanlılara hücumlar intensiv şəkildə artdı. Günahsız azərbaycanlılar öldürüldü və yaralandı. 1988-ci il fevralı 27-28-də Qafan rayonunda 200 nəfər azərbaycanlı qovuldu.
1988-ci ilin mart-aprelində Vedi, Uluxanlı, Masis, Ararat, Qafan, Göyçə rayonlarında azərbaycanlı əhali yaşayan kəndlər talan edildi. Nəticədə qısa müddətdə həmin rayonlardan 230 min azərbaycanlı əhali zorla qovuldu. Onlardan 214 nəfəri öldürüldü, 1154 nəfər yaralandı.
1989-cu il yanvarın 12-də “Azərbaycan SSRİ-nin DQMV-nin xüsusi idarəçilik formasına tətbiqi haqqında” SSRİ Ali Sovetinin qəbul etdiyi qərar ermənilərin istəyinə uyğun bir qərar idi. Qəbul olunan gündən A.Volski vilayətdə yaşayan bütün azərbaycanlı soydaşlarımızın çıxarılmasına nail oldu. Qısa müddətdə 50 min nəfər azərbaycanlı DQMV-dən çıxarıldı. Nəticədə Azərbaycan xalqının tələbi ilə 1989-cu il noyabrın 28-də xüsusi idarə komitəsi ləğv edildi və Azərbyacan SSR təşkilat komitəsinə tapşırıldı. Bir mühüm, vacib məsəlini də qeyd etmək lazımdır ki, 1989-cu ilin ortalarında Özbəkistanda 47 minə qədər Məhsəti türkü qovulmuşdu və onlar Azərbaycana pənah gətirmişdilər.
1989-cu ilinsonu 1990-ci ilin yanvarında Azrbaycanda ictimai-siyasi vəziyyət xeyli kəskinləşdi, qarşıdurma genişləndi. Belə bir xaos vəziyyətdə mərkəzin kəşfiyyat orqanları yanvarın 13-14-də Bakıda süni şəkildə erməni talanı təşkil etdi.
Azərbaycan xalqına dərs vermək, müstəqillik uğrunda aparılan mübarizəni qarşısını almaq və milli azadlıq hərəkatına zərbə vurmaq üçün 1990-cı il yanvarın 19-da ermənipərəst Moskva höküməti “Bakı şəhərində fövqəladə vəziyyət tətbiq edilməsi haqqında” fərman qüəbul etdi. Lakin bu fərmanın tətbiqi barədə əhaliyə xəbər verilməmişdi. Bakı şəhərində fövqəladə vəziyyət haqqında fərmanı xalq səhər saat 7-də bildi. Hərbiçilər artıq 82 adamı öldürmüş, 20 nəfəri ölümcül yaralamışdılar.
Yanvarın 19-dan 20-nə keçən gecə dinc əhaliyə qarşı misli görünməmiş vəhşilikləredildi. SSRİ Müdafiə Nazirliyinin, SSRİ DTK-nın və SSRİ DİN-nin xüsusi təlim görmüş qoşün hissələri üç istiqamətdə Bakıya yeridilərək dinc əhaliyə qarşı misli görünməmiş cinayətkarlıq hərəkatı törətmişdir. 20 Yanvar faciəsi zamanı rəsmi məlumata görə 131 adam öldürülmüş, 744 adam yaralanmış, 400 nəfər qanunsuz həbs edilmiş, 4 nəfər itkin düşmüş, külli miqdarda maddi və mənəvi zərər vurulmuşdur. Bakıya ilk qoşun dəstəsi Türkan-Qala tərəfdən yanvarın 19-da saat 21 radələrində hücuma başladı. “Bakı əməliyyətına “ SSRİ Müdafiə naziri D.Yazov şəxsən rəhbərlik edirdi. Dünya müharibələri tarixində analoqu olmayan olaylar bas verir,qanlı cinayət hərəkətləri törədilirdi.
Bakıda fövqəladə vəziyyət tətbiq edilməyinə baxmayaraq yanvarın 22-də izdihamlı matəm mitinqləri keçirilirdi. Bu, azərbaycan xalqının azadlıq səsi, haqq, ədalət, demokratiya və müstəqillik uğrunda mübarizə səsi idi.
20 yanvar faciəsi törədilən zaman Azərbaycan xalqı ağır iflic vəziyyətinə və informasiya blokadasına salınmışdı, radio, televiziya susdurulmuş, mətbuatın nəşrinə qadağan qoyulmuşdur. Moskvada uzaq bir yerdə yaşayan Heydər Əliyev böyük cəsarət nümayiş etdirərək yanvarın 21-də Azərbaycanın Moskvadakı nümayəndəliyinə gəlib mətbuat konfransı keçirdi.Ulu Öndərin yanında həmişə oldugu kimi Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevdə vardı. Heydər Əliyev cəsarətlə heç kimdən və heçnədən qorxmayaraq və öz şəxsi həyatını təhlükədə qoyaraq yanvarın 20-də Bakıda təşkil edilən və törədilən qanlı faciənin səbəblərini və iştirakçılarının obyektiv faktlarla doğru, düzgün və dəqiq açıqladı, bir çox məsələlərə aydınlıq gətirdi. Yüksək cəsarət və qətiyyət nümayiş etdirən Heydər Əliyev qorxmadan imperiya rəhbərlərinin “qatillər” adlandırdı və bütün Azərbaycan Xalqına baş vermiş faciə ilə bağlı baş sağlığı verdi.
20 yanvar faciəsinin törədilməsinin çox dərin ictimai-siyasi səbəbləri və kökləri vardı.Mən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri,akademik Ramiz Mehdiyevin “Azərbaycanlılara qarşı soyqırımgerçəkləri” adlı kitabını xüsusi qeyd etmək istəyirəm. Müəllif yazır:”Azərbaycana qarşı qərəzli,ədalətsiz münasibətin əsasını uzaq hədəfi coğrafi-siyasi planlar təşkil edir ki, bu planlarda SSRİ rəhbərliyi uzun illər həyata keçirmişdir. Əgər Alma-Ata (1986), Tiblisi (1989), Vilnüs (1991) hadisələrinə müraciət etsək, onda hökmən belə bir sual yaranır:Nə üçün həmin aksiyalar bu qədər qanlı və geniş miqyaslı olmamışdır? Nə üçün Tiblisi və Vilnüs hadisələri ilə əlaqədar Qorbaçov peşman olduğunu bildirdi, gürcü və litfa xalqından üzr istədi, Azərbaycanda baş vermiş hadisələrlə əlaqədar bunu istəmədi”. Mərkəz tərəfindən təşkil edilən 20 Yanvar faciəsi Azərbaycanda milli azadlıqhərəkatına və demokratik proseslərəağır zərbə vursa da, ancaq xalqın iradəsini qıra və müstəqillik uğrunda apardığı mübarizəni dayandıra bilmədi. Əksinə, qanlı yanvar faciəsi bütün Azərbaycan xalqının istiqlaliyyət, milli-azadlıq və müstəqillik uğrunda apardığı hərəkata güclü təkan verdi və Respublikada siyasi mübarizə yeni tarixi dövrə daxil oldu.
Biz bu dərdi, bu qəmi daim qəlbimizdə saxlayacağıq. Ancaq eyni zamanda bu şəhidlərin qəhrəmanlığı Azərbaycan xalqı və gəncləri üçün örnək olub. Bundan sonra da örnək olacaqdır. Mən tam əminəm ki, Azərbaycanın bugünki nəsli də, gələcək nəsilləri də bu şəhidlərin qəhrəmanlığından nümunə götürəcəklər.
Azərbaycanın müstəqilliyi uğrunda canlarını qurban edən bu cəsur insanlar bu gün hər bir azərbaycanlı ailəsini və övladlarının ürəyində əbədi bir heykəl ucaltmışlar. Ən uca məşəli isə ulu öndər Heydər Əliyev Şəhidlər Xiyabanında ucaltmışdı. Ümumilli liderimiz, Prezident Heydər Əliyevin tapşırıq və göstərişlərindən sonra 20 Yanvar faciəsinin törədilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Milli Məclisinin 29 yanvar 1994-cü il tarixli qərarının böyük əhəmiyyəti oldu. Qərarda 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verildi, günahkarlar aydınlaşdırıldı, tədqiqatçı alimlər qarşısında faciənin tədqiq edilməsi və işıqlandırılması vəzifələri müəyyənləşdirildi.
Bu gün Azərbaycan xalqıazadlıq uğrunda canlarını qurban edən şəhidlərimizin və cəsur vətən övladlarının qəhrəmanlıq mübarizəsini çox böyük hörmət və ehtiramla əziz tutur, onların igidliyini yüksək qiymətləndirir. Şəhidlərimizin qanı bahasına qazanılan müstəqilliyimizi qanımızla və canımızla qoruyacayıq.
Ümummilli liderimiz Heydər Əliyevin siaysi kursunun layiqli davamçısı,Azərbaycan Respublikasının Prezidenti,Silahlı Qüvələrin Ali Baş komandanı Zati-aliləri cənab İlham Əliyev Ermənistan Respublikası tərəfindən işqal olumuş torpaqlarımızın azad olunması sahəsində görülən işlərlə baglı Azərbaycan dövlətinin rəsmi mövqeyini bəyan edərək demişdir:”Hamı bilməlidir ki,sülh tərafdarı olmagımıza baxmayaraq,müharibənin sülh yolu ilə həllini istəməyimizə baxmayaraq,bizim səbrimiz də tükənməz deyildir.Azərbaycan öz dogma torpaqlarını nəyin bahasına olursa-olsun,azad edəcəkdir”.

Sumqayt Dövlət Universitetinin
Dosenti,tarix üzrə fəlsəfə doktoru Elmar Xəlilov

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər
Bənzər Xəbərlər