20 yanvar şahidləri danışır: “Məni morqa aparıblar, tələbə yoldaşım xilas edib” – APA TV

385

20 yanvar şahidləri danışır: “Məni morqa aparıblar, tələbə yoldaşım xilas edib” – APA TV Sumqayıt sakini, II qrup əlil Sahil Əliyev Azərbaycan xalqının qan yaddaşına dönən 20 Yanvar hadisələrində yaralanan 744 nəfərdən biridir. 6 güllə yarası alan Sahil həmin gün öz şəxsi avtomobili ilə Bakıya gedirmiş. Müsahibimiz deyir ki, ağır yaralı olduğundan onun öldüyünü zənn edib meyitxanaya qoyurlar. Amma burada sinif yoldaşının onu görüb tanıması Sahili yenidən həyata qaytarır. Həmin gecə aldığı güllə yaralarının sağalması üçün Sahil səkkiz ay xəstəxanada müalicə alır. Yanvarın 19-dan 20-nə keçən gecə Sovet ordusunun böyük-kiçik, qadın-uşaq demədən yağış kimi yağdırdığı güllələrə tuş gələnlərdən biri də Sumqayıt sakini, II qrup əlil Seyran Əbdürrəhmanovdur. Seyran o vaxtlar paytaxtda taksi fəaliyyəti ilə məşğul olurmuş. Xəsarət alandan sonra onu və digər yaralıları zirzəmiyə salırlar. Burada onları üç gün ac-susuz saxlayırlar. Baxmayaraq ki, xalqımızın başına gətirilən faciədən 33 il ötür, o dəhşətli gecədə yaşananları xatırlamaq həm Sahil, həm də Seyran üçün ağırdır. Çünki əliyalın dinc əhalini gülləboran edənlər 70 il boyunca şəninə təriflər yağdırdığımız Sovet ordusu idi. Ancaq 33 ildə vəziyyət tamam dəyişilib. İndi Azərbaycan müstəqil ölkədir. Və bu ölkənin vətəndaşlarını istənilən düşmənin gülləsindən qorumaq gücündə olan qüdrətli Ordusu var.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər