24 dekabr-Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin doğum günüdür

421

İlham Heydər oğlu Əliyev 1961-ci il dekabrın 24-də Bakı şəhərində anadan olub. 1967-1977-ci illərdə Bakı şəhərində orta məktəbdə oxuyub. 1977-ci ildə Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutuna (MDBƏİ) daxil olub. MDBƏİ-ni bitirdikdən sonra 1982-ci ildə Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunun aspiranturasına daxil olub. 1985-ci ildə dissertasiya müdafiə edərək, tarix elmləri namizədi dərəcəsi alıb. 1985-1990-cı illərdə Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunda müəllim işləyib. 1991-1994-cü illər ərzində özəl biznes sahəsində çalışıb və bir sıra istehsal-kommersiya müəssisələrinə rəhbərlik edib. 1994-cü ildən 2003-cü ilin avqust ayınadək Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti, sonra isə birinci vitse-prezidenti olub. “Heydər Əliyevin neft strategiyası”nın həyata keçirilməsində fəal iştirak edib. Suveren Azərbaycanın neft siyasətinin geosiyasi aspektlərinə dair bir sıra tədqiqat işlərinin müəllifidir. Siyasi elmlər doktorudur. İki dəfə, 1995-ci və 2000-ci illərdə Azərbaycan Respublikasının Milli Məclisinə seçilib. 1997-ci ildən Azərbaycan Milli Olimpiya Komitəsinin Prezidentidir. İdmanın və Olimpiya hərəkatının inkişafında böyük xidmətlərinə görə Beynəlxalq Olimpiya Komitəsinin ali ordeni ilə təltif edilib. 1999-cu ildə hakim Yeni Azərbaycan Partiyası sədrinin müavini, 2001-ci ildə sədrin birinci müavini, 2005-ci ildə isə partiyanın sədri seçilib. Həmin tarixdən indiyədək YAP-ın sədridir.
2001-2003-cü illərdə Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycan Respublikası Milli Məclisinin nümayəndə heyətinin rəhbəri olub.
2003-cü ilin yanvar ayında Avropa Şurası Parlament Assambleyası sədrinin müavini, AŞPA-nın Büro üzvü seçilib. 2003-cü il avqustun 4-də Milli Məclis tərəfindən təsdiq edildikdən sonra Azərbaycan Respublikasının Baş naziri təyin edilib. Baş nazir vəzifəsinə təyin edilməsi ilə əlaqədar olaraq deputat səlahiyyətlərinə xitam verib. 2003-cü il oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti seçilib. Prezident seçkilərində seçicilərin 76%-dən çoxu İlham Əliyevin lehinə səs verib. O, 2003-cü il oktyabrın 31-də vəzifəsinin icrasına başlayıb.
2004-cü ilin aprelində AŞPA-nın fəaliyyətində fəal iştirakına və Avropa ideallarına sədaqətinə görə AŞPA-nın fəxri üzvü diplomu və AŞPA medalı ilə təltif edilib.
2008-ci il oktyabrın 15-də keçirilən seçkilərdə seçicilərin 88,73% səsini qazanan İlham Əliyev ikinci dəfə Azərbaycan Respublikasının Prezidenti seçilib. O, 2008-ci il oktyabrın 24-də vəzifəsinin icrasına başlayıb.
2013-cü il oktyabrın 9-da keçirilən seçkilərdə seçicilərin 84,54% səsini qazanan İlham Əliyev növbəti dəfə Azərbaycan Respublikasının Prezidenti seçilib. O, 2013-cü il oktyabrın 19-da vəzifəsinin icrasına başlayıb.
2018-ci il aprelin 11-də keçirilən seçkilərdə də İlham Əliyev seçicilərin 86,02 faiz səsini qazanaraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçilib.

2020-ci ilin sentyabrın 27-də rəşadətli Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 30 ilə yaxın müddət ərzində Ermənistan silahlı qüvvələri tərəfindən işğal altında saxlanılan torpaqların azad olunması uğrunda döyüşlərə başlayıb.
Ərazilərin işğaldan azad olunması ilə bağlı şad xəbərləri Azərbaycan xalqına Prezident İlham Əliyev çatdırıb.
Ermənistan işğal tarixindən 27 sentyabr 2020-ci il tarixinədək Azərbaycan dövlətinə qarşı təhdidlərlə çıxış edirdi. Düşmən ölkə rəhbərliyi “yeni ərazilər uğrunda yeni müharibə” aparmaq iddiasında idi.Nəticədə düşmənin bu fikri iflasa uğradı, anladılar ki, Azərbaycan artıq 90-cı illərdəki Azərbaycan deyil. Bəli, Azərbaycan dövləti artıq əvvəlki deyil, bu gün onun etibarlı müttəfiqləri var, Azərbaycan güclü dövlətdir, ən müasir silahlarla silahlanmış ordusu var.Azərbaycan müstəqil siyasət yürüdür. Ali Baş Komandanın müharibə ərzində televiziyada xalqa müraciəti zamanı işğalçıları “itiqovan kimi qovuruq” ifadəsi hər bir vətəndaşın dilində məşhur aforizmə çevrilmişdir.
Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Qarabağın işğalından 30 ilə yaxın bir dövr keçməsinə baxmayaraq Azərbaycan xalqı sabaha olan inamını itirmədi. Ali Baş Komandanımıza daim inandıq və güvəndik. Müzəffər Azərbaycan ordusu sonsuz cəsarət və qəhrəmanlıq göstərərək torpaqlarımızı düşməndən təmizlədi. Bu tarixi günlərdə xalqımızın vətənpərvər, yurdsevər vətəndaşı kimi bir azərbaycanlı, bir qarabağlı olaraq mənim də qəlbim fəxrlə, qürurla döyündü. Torpaqlarımızın mənfur düşməndən azad olunması uğrunda rəşadətli ordumuzun qazandığı hər bir zəfər bizi böyük qələbəyə yaxın etdi. Bu qələbə dövlət, xalq, ordu birliyinin qələbəsi idi. Bu haqqın, ədalətin qələbəsi idi. Ali baş Komandan İlham Əliyevin rəhbərliyi müzǝffər ordumuzun qüdrəti altında iki yüz ilə yaxın bir dövrdə ardıcıl olaraq torpaq itirmək bəlasından Azərbaycan xalqı xilas olaraq ərazi bütövlüyünü təmin etdi. Azərbaycan xalqı bu müharibə ilə tarix yazdı. Bunun təməlində heç şübhəsiz xalqın öz liderinə sonsuz inamı,yurd, torpaq sevgisi və liderin də xalqa arxalanması dururdu. Rəşadətli ordumuzun Qarabağın azadlığı uğrunda sentyabr ayının 27-dən başlanan zəfər yürüşü, yüksək ruh yüksəkliyi, böyük əzmkarlıqla düşmənin işğalçı qüvvələrinə vurduğu sarsıdıcı zərbələr və göstərdiyi şücaəti hər birimiz böyük sevinc və coşğu ilə qeyd etdik. Azərbaycan Respublikasının Prezidenti dünya diplomatiya tarixin də yaddaşlara həkk olunan yeni bir iz qoydu. O, Ali Baş Komandan olaraq güclü strategiyaya malik bir sərkərdə kimi dünya hərb tarixində özünə layiqli mövqe qazandı. Azərbaycanın sarsılmaz, məğlubedilməz bir ölkə olduğunu bütün dünyaya sübut etdi. Mənfur düşmən bir çox şərtlərlə sülh bağlamağa, bəyanat verməyə məcbur edildi. Bir sözlə desək, tarixi sənəd imzalandı. Bu bəyanatda Naxçıvan Muxtar Respublikasını Azərbaycanın əsas hissəsi olan quru yollarla birləşdirilməsini təmin etdi. O quru yol ki, bərpası ilə ermənilərin ağrı-acısını əsrlərlə unutdurmayacaq.
Bəli, Ermənistan artıq həm döyüşdə həm də siyasət meydanında məğlub tərəfdir. Nə qədər çox aqresiya sərgiləsə, bir o qədər çox uçuruma yuvarlanacaq. Necə ki, hazırda İrəvanda siyasi proseslər idǝrǝolunmaz hala çatıb, ictimai-siyasi böhran dərinləşib. Ermənistan iqtisadi uçurumla üz-üzə dayanıb.
Azərbaycan isə tarixi ədaləti, beynəlxalq hüququ bərpa edərək qələbənin sevincini yaşayır. O qələbəni ki, milli birliyi, həmrəyliyi və əsgərinin döyüş zəfəri, qanı və canı ilə qazandı.
Hesab edirəm ki, bu tarixi sənədin imzalanmasının səbəblərindən biri də Şuşanın işğaldan azad edilməsi oldu. Şuşa Qarabağın tacıdır! Şuşanın azad edilməsi həm böyük siyasi, həm böyük strateji, eyni zamanda çox böyük mənəvi məna daşıyır. Biz Şuşaya qayıtdıq! Biz-Azərbaycan xalqı Şuşada yaşayacağıq! İşğaldan azad edilən digər torpaqlarda həyat qaynayacaq! İnsanlar o torpaqlara qayıdacaq, orada yaşayacaq! Bu qələbə sevincini bəxş etdiyi üçün sarsılmaz iradəsini, əzmkar fəaliyyəti ilə qürur duyduğumuz Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı, möhtərəm cənab İlham Əliyevə və misilsiz döyüş şücaəti ilə fəxr etdiyimiz rəşadətli ordumuza məhəbbət dolu dərin minnətdarlığımı bildirirəm. Yaşasın Azərbaycan! Yaşasın Ali Baş Komandan! Yaşasın müzəffər Azərbaycan ordusu! Qarabağ Azərbaycandır!

Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərimizdə sürətli yenidənqurma və bərpa işləri həyata keçirilir. 30 ilə yaxın bir zamanda xarabazara çevrilmiş torpaqlarımızda canlanma müşahidə olunmaqdadır. Bu gün Qarabağın işğaldan azad olunmuş hər yerində, hər bir kəndində, böyük quruculuq işləri gedir. Möhtəşəm inşaat layihələri reallaşır, “Ağıllı kənd”lər yaradılır. Bütün bu uğurların təmlində Ulu Öndər Heydər Əliyev siyasəti dayanır.
Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevi doğum günü münasibətilə təbrik edirəm, uzun ömür, cansağlığı, fəaliyyətində uğurlar arzulayıram!

Humay Muradova,

Azerbaycan Dillər Universitetinin Beynəlxalq münasibətlər fakultəsinin 3-cü kurs tələbəsi

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər