952

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son sutkada 107 yeni yoluxma faktı qeydə alınıb, 65 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan “Report”a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 4 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 825 527 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 814 944 nəfər müalicə olunaraq sağalıb, hazırda 586 aktiv xəstə var. Bu günə qədər 9 997 nəfər vəfat edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 253, bu günə qədər isə ümumilikdə 7 410 224 test icra olunub.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər