Azərbaycan bütün soydaşlarımızın hüquqlarını müdafiə etmək gücündədir

193
Müsəlman müsəlmanın qardaşıdır. Ona zülm etməz, onu (düşmənə) təslim etməz. (Məhəmməd peyğəmbər s.a.v)
1813-1828-ci illərdə Azərbaycan dövlətinin ərazisi 410 min kv. km olub. “Türkmənçay” müqaviləsi ilə Azərbaycanımızın Arazın güneyindəki 210 min kv. km. ərazisi İrana, 130 min kv.km. ərzisinin isə Rusiyaya birləşdirilməsi ilə Qədim Azərbaycan torpaqları iki güc arasında iki yerə parçalandı. Azərbaycan tarixinin ən faciəvi tarixidir bu tarix: 1828-ci il 10 fevral, Türkmənçay müqaviləsi. İranın bu günkü qorxusu şimalda rus işğalına qarşı mübarizə aparan, 70 illik sovet işğalına şəhidlərin qanı ilə son verən azad, müstəqil Azərbaycan dövlətinin dünya dövlətləri arasında öz yerini tutması və əlbəttə ki, əslən azərbaycanlı olan bütün soydaşlarımızın hüquqlarının təmin etmək və müdafiə etmək gücündə olmasıdır.
Hər kəsə aydındır ki, otuz il Azərbaycan torpaqlarının ermənilər tərəfindən işğal edilməsinə göz yuman İranın yalnız bir məqsədi olub, Şimali Azərbaycanın başının işğala qarışması və bununla da cənubda İranın işğalı altında qalan soydaşlarımızın səsinə səs vermək iqtidarında olmaması. Buna görə var gücü ilə erməni faşistlərinin yanında duran İran öz mahiyyəti etibarı ilə faşist, şovinist bir dövlət olmasını bir daha təsdiq edir. Azərbaycanın 44 gün davam edən Vətən müharibəsi sonucunda Qarabağdakı erməni işğalına son verməsi, daha da güclənməsi, İranın şovinist molla rejimini elə bir təşvişə saldı ki, orada yaşayan milliyətindən asılı olmayaraq bütün insanların ən adi insani hüquqlarını belə ayaqlar altına aldı və bunu çox vəhşi bir şəkildə bütün dünyaya göstərdi. Bu vəhşiliyə cavab gecikmədi: Qadınlar qara rejimin qara çadrasına YOX dedilər, cəhalətə, hüquqsuzluğa YOX dedilər.
Yüz illərdir ən adi vətəndaş, insan hüquqlarından məhrum edilən, ana dilində təhsil almağı qadağan olunan, hər fürsətdə əzilən soydaşlarımızın vəhşi şovinist rejimə qarşı bu günədək gizli-aşkar apardıqları Azadlıq hərəkatı artıq geniş vüsət almaqdadır. Azərbaycan dövləti, Azərbaycan vətəndaşı olaraq bizlər də bu vəziyyətə səssiz qala bilmərik!
Bu gün cənubi Azərbaycanda “Azadlıq, Ədalət, Milli hökumət” şüarı ilə başlayan Azadlıq hərəkatı tarixin hökmüdür və cəhalət içində boğulan, İslam deyib bağıran, amma əslində İslam əxlaqından xəbərsiz olan İran adlı dövlət bu gedişatı durdura bilməyəcək! İran unutmasın ki, Təbriz tarixən Azərbaycanın ən qədim baş şəhəri-paytaxtı olub!
Müşfiq Məmmədli, Milli Məclisin deputatı

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər