Azərbaycan Serbiyanın elektrik enerjisi təhlükəsizliyinin qarantına çevrilir

425

Gündən-günə iqtisadi-siyasi baxımdan güclənən Azərbaycan artıq bütün regionda olduğu kimi möhtərəm Prezidentimiz İlham Əliyevin apardığı uzaqgörən xarici siyasət sayəsində qlobal miqyasda da öz mövqeyi olan, dünyanın siyasi gündəminə yön verməyi bacaran bir dövlətə çevrilməkdədir. Qürurverici haldır ki, bu gün azərbaycanda gedən genişmiqyaslı quruculuq işləri, həm mərkəzdə, həm də işğaldan azad olunmuş torpaqlarımızda gedən müsbət dəyişikliklər, o cümlədən yeni infrastrukturun yaradılması, yolların çəkilməsi, yeni aeroportların salınması və bu kimi saysız-hesabsız quruculuq işləri, iqtisadi tərəqqi həm də respublikamızda qonaq olan dövlət başçılarının diqqətini çəkir. Eyni zamanda qeyd etmək lazımdır ki, artıq dövlətimizin başçısının apardığı ciddi iqtisadi siyasətlə Azərbaycan dünya dövlətləri arasında etibarlı tərəfdaş kimi qəbul olunmaqdadır.

Bu baxımdan dekabrın 21-də təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiçin çıxış edərək mətbuata verdikləri bəyanat təqdirəlayiqdir.

Serbiya və Azərbaycan arasında strateji tərəfdaşlıqla bağlı imzalanmış bir sıra sənədlər hər iki ölkənin beynəlxalq hüquqa tərəfdarlığını, dövlətlərimizin bir-birinin ərazi bütövlüyünü və suverenliyini dəstəkləməyinə və bunun hər zaman dəyişməz olaraq qalacağına əyani sübutdur. Təbii olaraq bu münasibətlərin beynəlxalq hüququn norma və prinsipləri əsasında tənzimlənməsindən əlavə, həm də hər iki dövlətin prezidentləri arasında olan şəxsi dostluq münasibətlərini də qeyd etməliyik.

Hazırda energetika sektoru Serbiya-Azərbaycan əməkdaşlığının önəmli bir hissəsini təşkil edir. Bu gün Avropanın enerji təhlükəsizliyi məsələsində önəmli yer tutan Azərbaycan həm təbii qaz, həm elektrik enerjisi ilə Avropa qitəsinin bir sıra dövlətlərinə, o cümlədən Serbiyaya qonşu olan ölkələrə öz töhfəsini verməkdədir.

Əldə olunmuş razılığa müvafiq olaraq gələn ildən başlayaraq Azərbaycanın elektrik enerjisinin Serbiyaya ixrac olunması üçün atılacaq addımlar Azərbaycan iqtisadiyyatına verəcəyi töhfələr kimi, həm də Serbiyanın enerji təhlükəsizliyi üçün qarant olacaq. Qara dənizin dibi ilə çəkiləcək kabel xəttinin Azərbaycanı bu sahədə də Avropa üçün önəmli təchizatçı kimi təsdiqləyəcək ki, bu sahədə həm ikitərəfli və həm də çoxtərəfli formatda qurulacaq əməkdaşlıqlar Azərbaycanı iqtisadiyyatın bu istiqaməti üzrə də dünyada söz sahibi, lider dövlətlərdən birinə çevirəcək.

Bunları nəzərə alaraq Serbiya-Azərbaycan əlaqələrinin gələcəyi ilə bağlı ancaq nikbin fikirdə olmaq olar.

Ramiz Hüseynov,

YAP İdarə Heyətinin üzvü, Sumqayıt şəhər təşkilatının sədri

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər