Azərbaycan unikal “Skif” raketlərini alıb

1110

Azərbaycan keçən il dünyada unikal sayılan 50 ədəd “Skif” tipli RK-2S (kumliyativ) və RK-2OF (qəlpəli fuqas) tank əleyhinə raketlər alıb.

Bu barədə Ukrayna mətbuatı “İnformasiya müqaviməti-Cənub” qrupunun analitiki Aleksandr Kovalenkoya istinadən xəbər verib.

“Skif” tipli tank əleyhinə raket kompleksləri Ukraynanın “Luç” Konstruktor bürosu və Belarusun “Peleng” şirkətinin birgə məhsulu sayılır.

Ukrayna tərəfi bu raketlərin istehsalına, belaruslar isə “PN-S” tuşlayıcı avadanlığın quraşdırılmasına cavabdehdir.

Ukrayna mətbuatı son silah tədarükünün uzun müddət gizli saxlandığına diqqət yetiriblər.

Xəbərdə Azərbaycanın hər raketə görə 48 min ABŞ dolları ödədiyi bildirilib. (Haqqin.az)

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər