Azərbaycanda bu sahələrdə biznes quranlar artır

1223

2017-ci il ərzində müəssisə və təşkilatların sayı 10,5 faiz artaraq, 2018-ci il yanvarın 1-i vəziyyətinə 118594 olmuşdur. Bu barədə “Marja”ya Dövlət Statistika Komitəsindən bildirilib.

Artım iqtisadiyyatın “Digər sahələrdə xidmətlərin göstərilməsi”, “İnzibati və yardımçı xidmətlərin göstərilməsi”, “Daşınmaz əmlakla əlaqədar əməliyyatlar”, “Turistlərin yerləşdirilməsi və ictimai iaşə”, “Ticarət; nəqliyyat vasitələrinin təmiri”, “İnformasiya və rabitə”, “İstirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət”, “Nəqliyyat və anbar təsərrüfatı” və “Peşə, elmi və texniki fəaliyyət” sahələrində nəzərəçarpacaq dərəcədə olmuşdur.

“Ticarət; nəqliyyat vasitələrinin təmiri”, “Digər sahələrdə xidmətlərin göstərilməsi”, “Tikinti”, “Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq” və “Peşə, elmi və texniki fəaliyyət” sahələrində müəssisə və təşkilatların statistik vahidlərin Dövlət reyestrindəki xüsusi çəkisi daha yüksək olmuşdur.

İqtisadi fəaliyyət növləri üzrə təsərrüfat subyektlərinin sayı

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər