“Azəristiliktəchizat”ın rəhbərliyi Sumqayıtda vətəndaş qəbulu keçirəcək

382

Dekabrın 23-də, saat 10:00-da “Azəristiliktəchizat” ASC-nin sədrinin vəzifələrini müvəqqəti icra edən İlham Mirzəliyev Sumqayıt, Abşeron və Zəngilan sakinləri üçün vətəndaş qəbulu keçirəcək.

Bu barədə “Report”a qurumdan bildirilib.

Məlumata görə, qəbul Sumqayıt şəhərinin Zülfü Hacıyev küçəsindəki Heydər Əliyev Mərkəzində olacaq. Qəbulda istilik və isti su təchizatı ilə bağlı vətəndaşları maraqlandıran suallar cavablandırılacaq, istilik təchizatına dair sakinlərin problemləri dinləniləcək.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər