AZƏRTAC-a yeni sədr təyin edilib

389

Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) İdarə Heyətinə yeni sədr təyin edilib.

Sərəncama əsasən, bu posta Vüqar Əliheydər oğlu Əliyev təyinat alıb.

Qeyd edək ki, mediaya bağlı sahədə bu ad-soyadla bir neçə Vüqar Əliyev olduğundan jurnalistlər arasında çaşqınlıq yaranıb.

Bəs AZƏRTAC-ın yeni rəhbəri kimdir, əvvəllər harada çalışıb?

Modern.az-ın məlumatına görə, Vüqar Əliyev 1980-ci ildə Bakıda anadan olub. O, Azərbaycan Dillər Universitetini bitirib.

V.Əliyev əvvəllər AZƏRTAC-da çalışıb. O, bir neçə il Dövlət İnformasiya Agentliyində Siyasət şöbəsində bölmə müdiri vəzifəsini tutub.

Daha sonra Prezident Administrasiyasında – Birinci vitse-prezidentin katibliyində çalışıb.

Xatırladaq ki, AZƏRTAC-ın sabiq rəhbəri Aslan Aslanov noyabrın 19-da vəzifəsindən azad olunub.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər