Bakı-Quba yolunda qəzada ölən 6 nəfərin kimliyi məlum olub

828

Bakı-Quba yolunda mikroavtobusla “TIR”ın toqquşması nəticəsində dünyasını dəyişən şəxslərin kimliyi məlum olub.

“Report”un Şimal bürosunun xəbərinə gorə, qəzada ölən 6 nəfər aşağıdakılardır:

1. 1976-ci il təvəllüdlü Məmmədov Kamran Məmmədşah oğlu

2. Astara rayon sakini, 1982-ci il təvəllüdlü Əhmədov Elməddin Osman oğlu

3. Yasamal rayon sakini 1980-ci il təvəllüdlü Musayev Vüqar Tərxan oğlu

4. Qaradağ rayon sakini, 1979-cu il təvəllüdlü Balakişiyev Akif Yusif oğlu

5. Yardımlı rayon sakini 1977-ci il təvəllüdlü Qubadbəyli Nəsimi Əlimuxtar oğlu (sürücü)

6. 1992-ci il təvəllüdlü Emin Ramiz oğlu Quliyev.

Ölənlərin meyitləri Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və Patoloji Anatomiya Birliyinin Sumqayıt şəhər şöbəsində tibbi ekspertizadan keçirilir.

Bununla yanaşı, yol qəzasında xəsarət alan “TIR”ın sürücüsü 1992-ci il təvəllüdlü Atayev Elçin Arif oğlunun Siyəzən Regional Müalicə Diaqnostika Mərkəzində müalicəsi davam etdirilir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər