Bakıda atışma olub, xəsarət alanlar var

441

Bakı Dövlət Sirkinin yaxınlığında baş verən hadisə ilə əlaqədar TƏBİB-in tabeliyindəki Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının briqadaları əraziyə cəlb edilib.

Bu barədə APA-ya TƏBİB-dən bildirilib.

Əlavə məlumat veriləcək.

APA-nın əldə etdiyi məlumata görə, xəsarət alanlardan biri tələbədir.

***

14.57

Paytaxtın Nəsimi rayonunda 3 nəfərin odlu silahdan açılan atəşdən yaralanması ilə bağlı polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA-ya bildirilib ki, hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Araşdırma aparılır. Əlavə məlumat veriləcək.

APA-nın əldə etdiyi xəbərə görə, hadisə “Vurğun Residence”nin qarşısında baş verib.

***

14.47

Bakıda atışma olub.

APA xəbər verir ki, hadisə Bakı Dövlət Sirkinin yaxınlığında qeydə alınıb.

Silahlı insidentlə bağlı əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib. Hadisə nəticəsində 3 nəfərin xəsarət aldığı bildirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya bildirilib ki, araşdırma aparılır.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər