Banklar hansı şərtlər ilə taksit kartları təklif edirlər? - SİYAHI

2201

Bu gün kimilərinin sevimlisi, kimilərinin isə qorxulu yuxusuna çevrilən Taksit kartları barəsində olan araşdırmamızı təqdim edirik.

Taksit kartı– bərpa olunan kredit xətti ilə müştərilərə pulsuz (bəzi hallarda ödənişli) təqdim edilən, müxtəlif üstünlüklərə malik kredit kartıdır.

Taksit kartları sizlərə Banklarla tərəfdaş olan ticarət / xidmət yerlərində mal və xidmətlərin dəyərini Taksit kartı ilə ödəmə imkanı təqdim edir. İstifadə edilən məbləğ faiz hesablanmadan (bəzi hallarda faizlə) Banka bərabər hissələrlə tərəfdaşdan asılı olaraq 1, 3, 6 və ya 12 aya ödənilir.

Taksit kartları ilə həmçinin bankların bankomatlarından müəyyən məbləğdə nağd pul çıxarmaq olar. İstifadə edilən məbləğ müəyyən komissiya ilə Banka bərabər hissələrlə bir neçə aya ödənilir.

Kart üzrə borc müvafiq aylar ərzində hər ayın müvafiq tarixinədək Banka ödənilir. Ödənilən məbləğ kart hesabına mədaxil olunur və yenidən istifadə edilə bilər.

Ödəniş müddətində borca faiz hesablanmır(bəzi kartlarda hesablanır) , lakin gecikmə olduqda cərimə faizi hesablanır.

Ölkəmizdə baş verən devalvasiyalardan sonra taksit kartlarının ödənişi və yenidən verilişində müəyyən axsaqlıqlar yaşansa da, artıq demək olar ki, çox taksit kartının sifarişi aktivləşib. Lakin, şərtlər əvvəlki dövrlərlə müqayisədə daha ciddiləşib deyə bilərik.

Siz  Bank of Baku (Bolkart), Unibank (Albalı Plus),  Kapital Bank (BirKart), Expressbank (Smilecard), ASB Bank (Extra Card), Yapı Kredi Bank Azərbaycan (Worldcard) və Bank Respublika-nın (Paykart) taksit kartlarından faydalana bilərsiniz.

Qeyd edək ki, taksit kartı almaq üçün şəxsiyyət vəsiqəsi və iş yerinə dair arayış və ya kartdan çıxarış tələb olunur. Əmək haqqı üçün qoyulan tələb limiti isə bankdan banka fərqlənir.

Aşağıdakı şəkildə cədvəldə Bankların təqdim etdikləri taksit kartlar üzrə göstəricilər ilə tanış ola bilərsiniz.

 

Kartın adı Limit Kartın qiyməti Kartın müddəti Əmək haqqı 

tələbi

Albalı Plus(Standart) 5000 (AZN) Pulsuz 60 ay 100 AZN (min.)
BirKart1 5000 (AZN) İllik 15 AZN 36 ay 100 AZN
Bolkart2 10 AZN 60 ay 185 AZN

(min.)

Smilecard 300-1.000 AZN Pulsuz 48 ay 155 AZN

(min.)

Extra Card Ə/H-nın 3 misli 15 AZN (min) 36 ay 250 AZN

(min)

Paykart 500-3000 (AZN) Pulsuz 60 ay 600 AZN

(min)

Worldcard Pulsuz 60 ay 300 AZN

(min)

 

Məlumatlar banklarla əlaqə saxlanılaraq öyrənilmişdir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər