Dünən gecə Azərbaycanda 8 zəlzələ olub – AMEA

944

Dünən gecə Azərbaycanda 3 baldan aşağı 8 zəlzələ olub.

Bunu Teleqraf.com-a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) baş direktoru Qurban Yetirmişli deyib.

Onun sözlərinə görə, Lerik ərazisində qeydə alınan zəlzələnin maqnitudası 3,4 olduğundan məlumat verilib:

“Narahat olunası məsələ deyil. Lerikdə baş verən zəlzələ 3 baldan artıq olduğu üçün məlumat vermişik. Dərinliyi 33 km olan zəlzələ hiss olunmayıb. Dünən axşam ölkə ərazisində 3 baldan aşağı 8 zəlzələ baş verib”.

Qurban Yetirmişli qeyd edib ki, Azərbaycan-İran sərhədində baş verən zəlzələ ölkə üçün təhlükəli vəziyyət deyil.

Qeyd edək ki, Avropa Seysmoloji Mərkəzin yaydığı məlumata görə, Astara rayonunun Kijoba qəsəbəsindən 6 km cənub-qərbdə 3,9 və İranın Kerman şəhərində 4,9 bal gücündə zəlzələ baş verib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər